“Putinin korrupsiya sxemi avropalılara bəllidir” - NAVALNIY
24-05-2016, 09:47
Korrupsyaya qarşı mübarizə Fondunun rəhbəri Aleksey Navalnıy 2011-ci ilin qışında keçirilən hökumət əleyhinə yürüşlərin lideri olub və indi də Putinə qarşı duran əsas müxalif fiqurdur. Anapa şəhərinə gedərkən, onun özünə və tərəfdaşlarına kazaklar hücum çəkiblər. Navalnıyın Fransanın “Le Figaro” qəzetinə müsahibəsini təqdim edirik.
- Sizə olunan bu hücumu ayrıca götürülmüş bir hadisə saymaq olarmı?
– Burada söhbət planlaşdırılmış aksiyadan gedir və həmin plan çox çətin ki, regional səviyyədə hazırlansın. Hər şey polis ilə koordinasiya edilib və polis nəinki hücum çəkənləri müdafiə edir, həm də onlarla əlbir işləyir. Son bir neçə həftə ərzində müxalifətə qarşı daha aktiv güc tətbiqini müşahidə edirik. Əvvəlcə hər şey kameralar önündə yumurta və tort tullamaq ilə məhdudlaşırdı. Lakin bu dəfə biz, yaxşı qorunan Anapa aeroportunun ərazisində nümayişkaranə təcavüzlə qarşılaşıdıq. Hücum edənlər baş verənlərin video görüntülərini internetə yerləşdirməklə, hər şeyin cəzasız qaldığını göstərmək istəyiblər. Bu avtoritar rejimlərin klassık qorxutma taktikasıdır ki, 1970-ci illərdə Latın Amerikasında olduğu kimi, aqressiv aksiyalarda xüsusi qruplardan istifadə edirlər.
- Bu sizin fəallara yerli seçkilərdə iştirak etməyə mane olmurmu?
-Yalnız üç regionda heç bir qələbə şansı yoxdur. Belə ki, keçən payızda Kostrama şəhərində bizim namizəd 2% səs toplamışdı, bizm seçki qərargahının əməkdaşını isə həbs etmişlər. Xatırlatmaq istəyirəm ki, mənim özümə ilk dəfə 2013-cü ildə şərti olaraq beş il həbs cəzası veriblər, sonradan isə quraşdırılmış “Yves Rocher” işinə görə üç il yarım cəza kəsiblər ki, prezident seçkilərində iştirak etməyim. Hazırda qardaşım barmaqlıqlar arxasındadır. Bu yaxınlarda hüquq mühafizə orqanları mənə qarşı üçüncü cinayət işi açıblar.
- 2011-ci ilin parlament seçkilərindən öncə, siz, Putinin ”Vahid Rusiya”-sını “fırıldaqçılar və oğrular” partiyası kimi tənqid etməklə, böyük şöhrət qazandınız. Korrupsiyaya qarşı mübarizədən beş il keçdikdən sonra, göründüyü kimi bu məsələ xüsusi bir maraq doğurmur. Bu müvəffəqiyyətsizlikdirmi?
– Krımın köməyi və Ukraynada müharibə aparmaqla Putin insanların fikirlərini yayındıra bilib. Parlament seçkiləri ərəfəsində Kreml “Vahid Rusiya”nın üzvlərinin fırıldaqçılarla müqayisə olunmamasından ötrü, əlindən gələn hər şeyi edir. Amma bu dəfə müxalifətin üzərinə cinayət qoymaq qanunlarına Dumada onlar yox, ”Kommunist Partiyası” və “Ədalətli Rusiya” partiyası səs verir. Bu partiyalar özlərinin himayədarlarından da pis imic qazanırlar. Çox təəssüf ki, rolların bu cür bölünməsi böyük effekt verir. Lakin hər necə olmasına baxmayaraq, korrupsiya yenidən aktuallıq qazanır. Baş prokuror Yuri Çaykanın ailəsinin cinayət yolu ilə qazanılmış pulları necə “yuduqları” barəsindəki araşdırmamızı internetdə 5 miyon adam izləyib.
- Nə vaxtki Siz, yeni təhqiqatların nəticəsini açıqlayırsınız, onda Rusiya hakimiyyəti dərhal “xarici sifarişçilər Rusiyadakı sabitliyi pozmaq istəyirlər” söyləməyə başlayır. Putinə təzyiq göstərmək üçün Avropa ölkələri bu cür məlumatlardan istifadə etməyə hazırdırmı?
– Təəssüf ki, yox. Onların rəhbərliyi və xüsusi xidmət orqanları, əlbəttə ki, Putin və ətrafının korrupsiya sxemindən xəbərdardırlar. İspaniyada istintaq başlayıb, amma bu yalnız işi aparan hakimin şəxsi təşəbbüsü ilə həyata keçirilir. O ki qaldı digərlərinə, Avropa bu cinayəkar niyyətliləri müdafiə edir. Mən Çaykanın işi ilə bağlı İsveçrə prokurorluğuna müraciət etdim, çünki onun oğlu Vo kantonunda yaşayır. İsveçrə orqanları çinayət işi başlamaqdan imtina etdilər, Haaqadakı beynəlxalq prokurorlar assosiasiyası isə hesab edir ki, onların moskvalı həmkarı etik kodeksi pozmayıb. Burada söhbət Avropa ərazisində “yuyulmuş” pullardan gedir. Fransadan başlamaq şərti ilə, Avropa dövlətlərindəki hökumətlər bunun qarşısını almalıdırlar. Mənim Avropa ədliyyəsinə olan inamım ciddi laxlayıb, Vladimir Putin AB ölkələrinin bu cür xoş yanaşmalarından sui-istifadə edir.
- Siz, Qərb dövlətlərinin Rusiya ilə barışacağını gözləyirsinizmi?
– Söhbət Avropa ilə Rusiya arasındakı əlaqələrdən yox, Avropa Birliyi ilə Putinin əlaqələrindən gedir. ABŞ və Kuba arasında baş verdiyi kimi, dövlət səviyyəsində normallaşma olacaq. Lakin Putinə gəldikdə isə, bu cür normallaşma yalnız onun gərginləşmədən əl götürməsi təqdirində baş tutacaq. Anlamaq gərəkdir ki, öz reytinqini qaldırmaq üçün bizim prezidentimizə daha çox şeylər lazımdır.
İndi bizdə artıq o belə təqdim olunur – kim Hitlerə qalib gəlib, kim Qaqarini kosmosa göndərib, Palmiranı kim azad edib… Ona daima təxribatlar törətmək və xarici siyasətdə avantüraya qurşanmaq lazımdır ki, vətəndaşlarına göstərsin ki, baxın, Qərb bizdən qorxur.
- Putinə alternativ olmağa hazırlaşırsınızmı?
– Əlbəttə, amma təmiz yarış şərtləri ilə olarsa. Digər müxalifətçilər və keçmiş demokratlardan fərqli olaraq, mən nazir olmamışam və 1990-cı illərin ədalətsiz özəlləşdirilməsində iştirak etməmişəm. Mən oliqarx deyiləm və Mokvanın sadə rayonunda yaşayıram. Mənim korrupsiyaya qarşı mübarizə fondum, Kremlin iddia etdiyi kimi, xaricdən maliyyələşmir, onun minlərlə kiçik sponsoru var.
//azpolitika.info/