Rusiyada əmək haqları çökdü

24-05-2016, 17:56           
Rusiyada əmək haqları çökdü
Ötən il Rusiyada orta aylıq əmək haqqı dollar ekvivalentində Belarus, Azərbaycan və Qazaxıstan həddinə düşüb.
Axar.az xəbər verir ki, bu, Rusiya Ali İqtisadiyyat Məktəbinin monitorinqində öz əksini tapıb.
2015-ci il Rusiyada orta aylıq əmək haqqı 558 dollar olub ki, bu da 2014-cü illə müqayisədə 34 faiz çökmə deməkdir. Rusiyada orta aylıq əmək haqqının göstəricisi nəticədə Qazaxıstan (549 dollar), Azərbaycan (431 dollar) və Belarus (415 dollar) həddinə düşüb.
Qeyd edək ki, bir müddət öncə rus şirkətlərinin 80 faizi mənfəətləri artmasına baxmayaraq, 2016-ci ildə işçilərin əmək haqlarını artırmayacağını açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.