Rusiyaya qarşı sanksiyalara “hə” və “yox” deyənlər:AB ölkələri iki cəbhəyə ayrıldı

26-05-2016, 00:36           

Avropa Birliyi (AB) ölkələri Rusiyaya görə iki cəbhəyə ayrılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu ölkələrin bir qismi (Britaniya, İsveç, Polşa, Baltikyanı ölkələr) Rusiyaya qarşı sanksiyaların uzadılmasını dəstəkləyir, bir qismi isə (Macarıstan, Yunanıstan, Kipr, Slovakiya, İtaliya) buna qarşı çıxır.

Eyni zamanda Avstriya da Rusiya ilə münasibətləri normallaşdırmağın tərəfdarıdır. Bir neçə gün əvvəl Almaniya hökuməti bəyan etmişdi ki, Avropa Birliyində Rusiyaya qarşı sanksiyaların uzadılmasına qarşı çıxanların sayı getdikcə artır.

Brüsseldəki diplomatik mənbələrdən bildiriblər ki, ilin sonuna qədər Rusiyaya qarşı sanksiyalar tədricən götürülə bilər.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin ukraynalı pilot Nadejda Savçenkonu əfv edib. Avropa Birliyinin bəzi liderləri hesab edir ki, bu, Minsk sazişinin icrası və sanksiyaların götürülməsi istiqamətində atılmış addımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru