Əfqan rəsmiləri 1 milyard dolların ölkədən çıxarılmasına nail olub
24-12-2022, 08:13

Əfqanıstan İslam Respublikasının son üç ayı ərzində rayonların bir-birinin ardınca “Taliban” döyüşçülərinin əlinə keçdiyi bir vaxtda yüksək rütbəli məmurların köməyi ilə qaçaqmalçılar ölkədən 1 milyard dollara yaxın pul və zinət əşyaları çıxarıb.
Bu barədə Amerikada fəaliyyət göstərən “Business Insider” saytı məlumat yayıb. Xəbərdə deyilir ki, keçmiş prezident Əşrəf Qəninin ofisi problemdən xəbərdar olsa da, tədbir görməyi rədd edib.
“Business Insider” 2021-ci ilin ilk üç ayında Özbəkistana, oradan isə Birləşmiş Ərəb Əmirliklərinə 59,7 milyon dollar nağd pul və qızılın köçürüldüyünü göstərən sənədlər əldə edib. Qeyd olunur ki, 2019-cu ilin may ayından 2020-ci ilin may ayına qədər Əfqanıstandan gizli şəkildə oğurlanan ümumi məbləğ təxminən 824 milyon dollar təşkil edir. Bundan əvvəl də Əşrəf Qəni 2021-ci ilin avqustunda ölkədən qaçarkən Əfqanıstanın bank ehtiyatlarından 200 milyon dollara yaxın pul götürməkdə ittiham olunurdu.
Tədqiqat nəticələri göstərir ki, Qəni hökumətindəki kütləvi korrupsiya səviyyəsi onun rejiminin devrilməsinin əsas amillərindən biri hesab olunur.