Niderland parlamenti SEPAH-ı terrorçu təşkilatlar siyahısına salmaq istəyir

24-12-2022, 10:39           
Niderland parlamenti SEPAH-ı terrorçu təşkilatlar siyahısına salmaq istəyir
Niderland parlamentinin üzvləri İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına salınmasını istəyir.

Məlumata görə, ötən gün keçirilən səsvermədə deputatların əksəriyyəti bu təklifi dəstəkləyib.

Məsələ ilə bağlı yekun qərarı ölkə hökuməti qəbul etməlidir.

Qeyd edək ki, bu ayın əvvəlində Aİ günahsız insanlara qarşı zorakılıq və edamlara görə SEPAH-a qarşı sanksiyalar tətbiq edib. ABŞ isə artıq 2019-cu ildə korpusu terrorçular siyahısına daxil edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru