Çində gələn il üçün faciəli COVID-19 proqnozu verildi

26-12-2022, 12:43           
Çində gələn il üçün faciəli COVID-19 proqnozu verildi
Şanxaydakı Deçzi xəstəxanasında həkimlər əhalini COVID-19-a qarşı “faciəli döyüşə” hazırlaşmağa çağırıb.

Ölkədə koronavirus məhdudiyyətlərin aradan qaldırılmasından iki həftə sonra mütəxəssislər virus dalğasının sözün əsl mənasında ölkəni əhatə edəcəyini gözləyirlər.

Məsələn, Şanxayın 25 milyon əhalisinin yarısının gələn həftənin sonuna qədər koronavirusa yoluxa biləcəyi ehtimal olunur.

Rəsmi rəqəmlərə görə, bu gün şəhərdə təxminən 5,43 milyon COVID-19 xəstəsi var və bu rəqəm 12,5 milyon nəfərə qədər arta bilər.

“Bu böyük döyüşdə bütün Şanxay iştirak edəcək, bütün xəstəxana işçiləri və ailələrimiz yoluxacaq. Xəstələrimiz yoluxacaq. Seçimimiz yoxdur, qaça bilməyəcəyik”, - deyə həkimlər bildiriblər.

Qeyd edək ki, Çində gələn il koronavirusla əlaqəli xəstəliklərdən təxminən 1 milyon insanın öləcəyi proqnozlaşdırılır.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru