Çin gəmiləri Yaponiyanın ərazi sularını pozdu

26-12-2022, 11:04           
Çin gəmiləri Yaponiyanın ərazi sularını pozdu
2 Çin sahil mühafizə gəmisi Yaponiyanın milli ərazi sularını pozub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Çin gəmiləri Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafında 3 gün qalıb.

Bildirilib ki, dekabrın 22-də səhər saat 09.30-da milli ərazi sularının əhatə etdiyi əraziyə daxil olan gəmilər Tayşo adaları yaxınlığında Yaponiyanın balıqçı gəmilərinə yaxınlaşıb.

Gəmilər dekabrın 25-i günorta saatlarına qədər ərazi ətrafında üzüb. Çin gəmilərinin pozuntu müddəti 72 saat 45 dəqiqə olaraq qeydə alınıb.

Bu dövr Yaponiya hökumətinin 2012-ci ildə Senkaku adalarını satın almasından sonra Çinin ən uzunmüddətli pozuntusunu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru