Çin sərhədləri açacaq və karantini ləğv edəcək 27-12-2022, 11:04 Çin yanvarın 8-dən etibarən bəzi anti-COVID məhdudiyyətlərini aradan qaldırdıqdan sonra sərhədlərini xarici turistlər üçün açacaq.Belə ki, ölkədə koronavirusun yoluxucu xəstəliklər reytinqində təsnifatının A kateqoriyasından B kateqoriyasına endirilməsindən gedir.Bildirilir ki, 2020-ci ildən Çində koronavirus vəba ilə birlikdə ən yüksək kateqoriyalı yoluxucu xəstəlik kimi təsnif edilir.Qeyd olunur ki, xəstəliyin təsnifatının dəyişdirilməsi və karantin rejiminin aradan qaldırılması Çinin koronavirusla mübarizədə son addımları olacaq.Mənbə: gazeta.ru Facebook-da paylaş