Yaponiyada qar fəlakəti: 10-dan çox ölən, 100-dən çox yaralanan var - FOTO

27-12-2022, 12:54           
Yaponiyada qar fəlakəti:
Yaponiyanın şimal və qərbində ötən həftə başlayan güclü qar nəticəsində 17 nəfər ölüb, daha 110 yapon yaralanıb.

Bu barədə Milli İşlər Nazirliyinin yanğınsöndürmə idarəsi xəbər verib.

Məlumata görə, Yaponiyaya güclü qar dekabrın 17-dən etibarən yağmağa başlayıb. Artıq dekabrın 26-da təkcə Yamaqata prefekturasında qarın qalınlığı 169 santimetrə çatıb.

Bundan əlavə, yağıntı elektrik enerjisinin kəsilməsinə səbəb olub. Niiqata prefekturasında 1000-ə yaxın ev bir həftədən çoxdur ki, işıqsız qalıb.



Mənbə: Fuji TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru