"ABŞ-ın icazəsi olmadan F-35-lərin alıcıları onlardan istifadə edə bilməzlər" - Bayraktar

30-01-2023, 00:09           
"ABŞ-ın icazəsi olmadan F-35-lərin alıcıları onlardan istifadə edə bilməzlər" - Bayraktar
"ABŞ-ın icazəsi olmadan F-35 qırıcılarının alıcıları onlardan istifadə edə bilməzlər".

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin "Baykar" şirkətinin idarə heyətinin rəhbəri Səlcuq Bayraktar bildirib.

“F-35-ləri alan ölkələrə və onların üzləşdiyi problemlərə baxın. Onlar ABŞ-ın icazəsi olmadan qırıcılardan təkbaşına istifadə edə bilməyəcək. Ölkənin suverenliyi yalnız öz texnologiyalarını inkişaf etdirdikdə mümkündür. Kənardan əldə edilən ən qabaqcıl texnika ölkə daxilində yaradılan ən bəsit vasat texnologiyadan qat-qat pisdir”, - Bayraktar deyib.

Bundan əvvəl ABŞ Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına cavab olaraq Türkiyəni F-35 qırıcılarının tədarükü proqramından kənarlaşdırmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın digər qırıcıların - dördüncü nəsil F-16-ların alınması təklifini açıqlasa da, Konqresdə hələlik razılaşmanın əleyhdarları var. Ərdoğan, həmçinin bildirib ki, Ağ Ev Türkiyəyə F-16-ları satmağa hazırlaşır, lakin imtina ediləcəyi təqdirdə digər ölkələrə, o cümlədən Rusiyaya müraciət edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru