Rusiya gizli səfərbərliyə başlayır: körpülər dağıdılacaq

3-02-2023, 08:57           
Rusiya gizli səfərbərliyə başlayır:
Ukraynanın Xarkov vilayətinin Kupyanski rayonunun Tavoljanka ərazisində rus ordusu yol infrastrukturunu, minalanmış körpüləri, bəndləri və keçidləri dağıtmağa hazırlaşır.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bundan əlavə, Rusiyanın Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində gizli səfərbərliyə hazırlaşdığı bildirilib:

“Xüsusilə, Qorlovka şəhərində bütün büdcə və bələdiyyə qurumlarına ehtiyatda olan şəxslərin siyahılarını hərbi komissarlığa təqdim etmək tapşırılıb. Bütün bu şəxslərə düşmənin xüsusi komissiyaları baxacaq, ardınca düşmən sıralarında hərbi xidmətə çağırılacaq”.axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru