Blinkenin Çin səfəri təxirə salına bilər – “şar məsələsi”nə görə

4-02-2023, 00:08           
Blinkenin Çin səfəri təxirə salına bilər –
Birləşmiş Ştatların səmasında Çinin casus şarının görünməsi ilə əlaqədar ABŞ rəhbərliyi ölkənin Dövlət katibi Entoni Blinkenin Çinə səfərinin təxirə salınması imkanlarını nəzərdən keçirir. “Blumberq” (“Bloomberg”) nəşri mənbələrə istinadla bu xəbəri verib.

Nəşrin yazdığına görə, Bayden administrasiyası “şar məsələsi” fonunda Blinkenin səfərinin “yanlış siqnal” ola biləcəyindən ehtiyat edir.

Bundan əvvəl ABŞ-ın Dövlət katibinin 5-6 fevral tarixlərində Çinə səfər edəcəyi bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru