ABŞ Gürcüstana 140 ton hərbi yardım çatdırıb

4-02-2023, 11:04           
ABŞ Gürcüstana 140 ton hərbi yardım çatdırıb
ABŞ Gürcüstan Müdafiə Nazirliyinə 140 ton hərbi yardım çatdırıb. Bu barədə cümə günü ABŞ-ın Tbilisidəki səfirliyinin “Facebook” sosial şəbəkəsində dərc olunmuş mesajında deyilir.

“Bu gün biz Gürcüstanın Müdafiə Nazirliyinə 140 ton təhlükəsizlik texnikası təhvil verdik. ABŞ Gürcüstanla strateji tərəfdaşlığa sadiq qalır və Gürcüstan Müdafiə Qüvvələrini gücləndirməkdə davam edəcək”, - məlumatda bildirilib.
Ətraflı

Səfirlik ABŞ-dan Gürcüstana hansı hərbi yükün gətirildiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, Gürcüstan və ABŞ 1992-ci ildən siyasət, iqtisadiyyat, ticarət, 1990-cı illərin sonundan isə müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq edir. 2009-cu ilin yanvarında Vaşinqtonda iki ölkə arasında təhlükəsizlik, müdafiə, ticarət, iqtisadiyyat, mədəniyyət, eləcə də humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan Strateji Tərəfdaşlıq Xartiyası hazırlanıb. (Mənbə: TASS)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru