Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar bu il başlaya bilər

4-02-2023, 08:58           
Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar bu il başlaya bilər
Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Kiyevdəki Ukrayna – Avropa İttifaqı sammitindən sonra bildirib ki, Ukrayna ilə tərəfdaşlar arasında üzvlüklə bağlı danışıqların artıq 2023-cü ildə başlaması ilə bağlı aydınlıq var.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.

“Biz Avropa icmasının üzvləri kimi danışmışıq və danışırıq. Biz bunu de-yure etməyə çalışırıq. Bu gün konkret olaraq nə barədə razılaşdıq? Belə bir anlayış var ki, bu il Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamaq olar. Tərəfdaşlar tərəfindən də belə bir anlayış var ki, ötən il olduğu kimi, bu il də onlar dövlətimizin müdafiə dəstəyini və Rusiyaya təzyiqləri, xüsusən də sanksiyalar təzyiqini daim gücləndirməlidirlər”, - Ukrayna lideri vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru