Rusiyada “səfərbərlikçilər”in ailələrini kartof və köklə xoşbəxt etdilər (VİDEO)

5-02-2023, 00:04           
Rusiyada “səfərbərlikçilər”in ailələrini kartof və köklə xoşbəxt etdilər (VİDEO)
Moskva vilayətində səfərbər edilmişlərin ailələrinin hər birinə 10 kq kartof və yerkökü verilib.
Teref.az “Crimean Wind” “Telegram” (Krım küləyi) kanalına istinadla xəbər verir ki, “səfərbərlikçilər”in qohumları görünməmiş dəstək səviyyəsindən çox seviniblər, lakin üzləri təbliğat videolarında gizlədilib.
“Şəhərətrafı ərazilərdə səfərbər olan rusların ailələrinə 10 kq kartof və 10 kq yerköküdən ibarət tərəvəz dəstləri verilib. Əsl dəstəkdir.
Tərəvəz dəstləri həftədə 105 ailəni “xoşbəxt etməyi” planlaşdırır. İnsanlar kamera qarşısında “səxavətli hədiyyələrə” görə şəhər rayon rəhbərinə təşəkkür və təzim etməyə məcbur edilirlər.
“(Yardımı göstərən rəhbərə) baş əyirəm. Mən həm də səfərbər olmuş şəxsin həyat yoldaşıyam, ərimi sevirəm və gözləyirəm, ümid edirəm ki, hər şey yaxşı olacaq, Rusiya qalib gələcək”, – “Səfərbər olunanların Qohumlarına Dəstək Mərkəzi”nin əməkdaşı Natalya Muromtseva bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru