Ukraynaya ağır hərbi texnika göndərəcək ölkələr sırasına Portuqaliya da qatılıb.
“AzPolitika.info” xəbər verir ki, Portuqaliyanın Baş naziri Antoniu Koşta yerli mətbuata Ukraynaya “Leopard2” tankları verəcəklərini açıqlayıb.
Baş nazir veriləcək tankların sayını deməyib: “Mən nə qədər tank veriləcyini bilirəm. Lakin bunu vaxtı gələndə açıqlayacağıq”.
Koşta deyib ki, Ukraynaya tank verilməsi Portuqaliyanın müdafiə qabiliyyətinə təsir göstərməyəcək. O, həmçinin əlavə edib ki, Avropadakı ölkələr Ukraynaya tankların ən uzağı martın sonuna qədər çatdırmağı düşünürlər.