Çinə məxsus “casus şarı”nın qalıqları tapıldı

7-02-2023, 12:43           
Çinə məxsus “casus şarı”nın qalıqları tapıldı
ABŞ-nin Cənubi Karolina ştatı sahillərində Çinə məxsus casus şarının qalıqları tapılıb.

Atlantik okeanı sahillərində yerləşən bölgənin polisi yerli sakinlərə qalıqlara toxunmamaq, yerindən tərpətməmək və ya təmizləməmək barədə göstəriş verib.

“Bu şarın hissələri ABŞ ordusu tərəfindən yığılır. Oxşar əşya tapsanız, yerli hüquq-mühafizə orqanlarına müraciət edin”, - deyə polisin açıqlamasında bildirilib.

Onlar xəbərdarlıq ediblər ki, bu cür əşyalar “federal araşdırmanın bir hissəsidir”.

Qalıqların tapılması ilə bağlı rəsmi açıqlama verilməyib. Məlumata görə, Çin hava şarının qalıqları FTB tərəfindən təhqiqata göndəriləcək.

Xatırladaq ki, fevralın 4-də ABŞ bir neçə gündür öz hava məkanında olan Çinin “casus şarını” vurub.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru