Avropanın üç ölkəsi Ukraynaya 100-ə yaxın “Leopard 1” tankı göndərmək niyyətindədir

8-02-2023, 08:38           
Avropanın üç ölkəsi Ukraynaya 100-ə yaxın “Leopard 1” tankı göndərmək niyyətindədir
Ukraynaya hərbi yardımların göndərilməsinə davam etdirilir

Niderland Almaniya və Danimarka ilə əməkdaşlıq çərçivəsində 100-ə yaxın “Leopard 1” tankı alaraq Ukraynaya tədarük etmək niyyətindədir.

AYNA xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysu Ollonqren bəyan edib.

Söhbət Almaniyanın müdafiə sənayesinin ehtiyatlarında olan tanklardan gedir. Qeyd olunub ki, ölkələr həmçinin tanklar üçün ehtiyat hissələri və döyüş sursatları tədarük etmək niyyətindədirlər.

Almaniyanın müdafiə naziri Boris Pistorius da bir sıra Avropa ölkələrindən Ukraynaya “Leopard 1A5” tanklarının göndəriləcəyini təsdiqləyib.

“2024-cü ilin birinci və ya ikinci rübünə qədər ən azı üç Ukrayna batalyonu belə tanklarla təchiz edilməlidir. Texnikanın çatdırılması mərhələli şəkildə həyata keçiriləcək. Yaya qədər Kiyevə 20-25 tank, ilin sonuna qədər isə 80-ə qədər tank göndərilməlidir. Məqsəd 2024-cü ilin birinci və ya ikinci rübünə qədər Ukraynaya 100-dən çox tank çatdırmaqdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru