BMT-yə üzv olan 196 ölkə Türkiyəyə humanitar yardım toplayır

11-02-2023, 09:24           
BMT-yə üzv olan 196 ölkə Türkiyəyə humanitar yardım toplayır
“BMT Baş Assambleyasının təşəbbüsü ilə hazırda təşkilata üzv olan 196 ölkənin daimi nümayəndəlikləri Türkiyəyə humanitar yardım toplayır”.

“Report”un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak deyib.

Sözçü bildirib ki, yardım kampaniyası BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosinin təşəbbüsü ilə başladılıb: “Humanitar yardımlar Nyu-Yorkda Türk Evində yerləşən Türkiyə missiyasında toplanır. Baş Assambleyanın prezidenti katiblikdəki üzvləri bacardıqları qədər yardım etməyə təşviq edir. Aspirindən tutmuş qış paltarları, gödəkçələr, yastıqlar və ehtiyac duyulan hər şey ianə edilə bilər”.

Paulina Kubiak BMT-də akreditə olmuş 200-dən çox jurnalisti də humanitar yardımda köməklik etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru