ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi prezidentliyə namizəd olacaq

15-02-2023, 12:34           
ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi prezidentliyə namizəd olacaq
ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olmaq niyyətini açıqlayıb.

Çərşənbə axşamı Heylinin seçki kampaniyasının başlaması ilə bağlı xüsusi video yayılıb.

Heyli əlavə edib ki, prezident kimi o, ABŞ siyasətinə yeni yanaşmanı vurğulayacaq.

“Co Baydenin təcrübəsi dəhşətlidir, lakin bu, təəccüblü olmamalıdır. Vaşinqton isteblişmenti bizi dönə-dönə məyus edib. Yeni nəsil liderlərin vaxtıdır”, - Heyli deyib.

O, Çin, Rusiya və İran kimi dövlətlərlə münasibətdə “Bilməlisiniz ki, mən xuliqanlara dözməyəcəyəm”, - deyə bəyan edib.

Qeyd edək ki, Heyli 1972-ci ildə Cənubi Karolinada anadan olub və 2011-2017-ci illərdə ştatın qubernatoru vəzifəsində çalışıb. O, 2017-2018-ci illərdə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olub.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru