Salvadorda 40 min tutumlu meqa-həbsxananın açılışı edili
1-03-2023, 10:04
Salvadorda 40 min tutumlu meqa-həbsxananın açılışı edilib. İlkin mərhələdə böyük bir cinayətkar qruplaşmanın ömürlük həbsə məhkum edilən 2 min üzvü həbsxanaya köçürülüb. "Davam edən xüsusi əməliyyatlar nəticəsində narkokartel və cinayətkar qruplaşmaların 64 min 512 nəfər üzvü həbs edilib və onların heç biri bir daha Günəş işığı görməyəcək. 2328 silah, 2945 texnika və avtomobil, 6.2 ton narkotik vasitə ələ keçirilib" - deyə Salvador prezidenti Nayib Bukele bildirib. Qeyd edək ki, Salvadorun cəmi 6.3 milyon əhalisi var.