Finlandiya Rusiya ilə sərhəddə hasar tikməyə başlayıb

1-03-2023, 11:18           
Finlandiya Rusiya ilə sərhəddə hasar tikməyə başlayıb
Finlandiyada Rusiya ilə sərhəddə hasarın tikintisinə başlanılıb.

Bildirilir ki, İmatra sərhəd-keçid məntəqəsinin hər iki tərəfindəki ağaclar artıq çıxarılır. Burada ilk olaraq sınaq hasarı deyilən hissənin üç kilometrlik hissəsi tikiləcək. Hökumət hasarın qış şaxtalarına, qar yükü və şərqdən gələ biləcək insan kütləsinə nə dərəcədə davamlı olduğunu yoxlayacaq.

Pilot hasarın iyunun sonunadək hazır olacağı gözlənilir. İmatradakı sınaq hasarının 6 milyon avroya başa gələcəyi ehtimal edilir.

Hündürlüyü üç metr olan tikanlı məftillərlə çəkilmiş sınaq hasarı ən vacib ərazilərdə gecə videomüşahidə, projektorlar və dinamiklərlə təmin olunacaq.

Sərhəd hasarının ümumi uzunluğu 200 km (təxminən 1,3 min km olan Finlandiya-Rusiya sərhədinin 15%-i) təşkil edəcək. Hasarın inşasının 2025-26-cı illərdə başa çatdırılması gözlənilir. Onun dəyəri 380 milyon avro olacaq.

Mənbə: İnterfaks












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru