Burkina Faso Fransa ilə 62 illik hərbi müqaviləni ləğv etdi

2-03-2023, 09:18           
Burkina Faso Fransa ilə 62 illik hərbi müqaviləni ləğv etdi
Burkina Faso hakimiyyəti Fransa ilə 1961-ci ildə imzalanmış “hərbi yardım müqaviləsi”ni ləğv etmək qərarına gəlib.

Məlumata görə, Afrika dövlətinin Xarici İşlər Nazirliyi Fransaya məktub göndərərək, “Yuxarı Volta Respublikası (indiki Burkina Faso) ilə 24 aprel 1961-ci ildə Parisdə bağlanmış texniki hərbi yardım haqqında sazişi” pisləyib.

Eyni zamanda, yerli hökumət Burkina Fasonun hərbi idarələrində xidmət edən bütün fransız hərbçilərinin tamamilə ölkədən getməsi üçün fransızlara bir ay vaxt verib.

Qeyd edək ki, sentyabrda dövlət çevrilişi nəticəsində hərbçi İbrahim Traore hakimiyyətə gəldikdən sonra ölkələr arasında münasibətlər kəskin şəkildə pisləşib.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru