Almaniya və Aİ 2035-ci ildən sonra avtomobillərdə elektrik yanacağının istifadəsi ilə bağlı razılığa gəliblər

27-03-2023, 08:44           
Almaniya və Aİ 2035-ci ildən sonra avtomobillərdə elektrik yanacağının istifadəsi ilə bağlı razılığa gəliblər
Almaniya və Aİ 2035-ci ildən sonra istehsal olunan avtomobillərdə daxili yanma mühərrikləri (ICE) üçün karbon-neytral yanacaqla bağlı razılığa gəlib.

Bu barədə rbc.ru Almaniyanın nəqliyyat naziri Volker Vissinq və Avropa Komissiyasının “Avropa üçün Yaşıl Paktı” üzrə nümayəndəsi Frans Timmermansın bəyanatına istinadən məlumat yayıb.

"Biz Almaniya ilə avtomobillərdə yanacağın gələcəkdə istifadəsi ilə bağlı razılığa gəldik" – Timmermans deyib.

Onun sözlərinə görə, indi avtomobillər üçün karbon qazı (CO₂) emissiya standartlarının təsdiqi üzərində işlərə başlanılacaq.

Vissinq bildirib ki, ICE avtomobilləri yalnız CO₂ neytral yanacaq istifadə edərsə, 2035-ci ildən sonra yenidən qeydiyyata alına bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru