Aİ-dən Rusiya və Belarusa xəbərdarlıq

27-03-2023, 12:04           
Aİ-dən Rusiya və Belarusa xəbərdarlıq
“Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarı eskalasiya və Avropanın təhlükəsizliyinə təhdid deməkdir”.

Pressklub.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel tviterdə yazıb.

O bildirib ki, bu, Belarusun öz seçimidir: “Minsk bunun qarşısını ala bilər”.

C.Borrel, həmçinin vurğulayıb ki, Aİ buna növbəti sanksiyalarla cavab verməyə hazırdır.

Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru