Şimali Koreya lideri Kim Çen İnin qızı ilə birlikdə ölkənin müdafiə departamentinin bir sıra obyektlərində, eləcə də təlimlərdə çıxışlarından sonra çoxları varisin geyimləri ilə maraqlanıb.
Teref.az Oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Kim Çen İnin 10 yaşlı qızı “Dior” brendinə məxsus gödəkçə geyinir və onun qiyməti nə az, nə çox, təxminən üç min dollardır. Gödəkçənin dəyəri fransız dəb evinin kataloqunda 2800 dollar qeyd olunub.
Bildirilir ki, Çje U Şimali Koreya liderinin ailəsində ortancıl uşaqdır. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Kim Çen İn həyat yoldaşı ilə bir oğul və iki qız böyüdür.