Rusiyameylli xakerlər Fransa parlamentinin saytını dağıdıb 28-03-2023, 08:13 Fransa Milli Assambleyasının (Parlamentin aşağı palatası) saytı xaker hücumuna məruz qalıb.APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, hücumu rusiyameylli “NoName” haker qrupu həyata keçirib.Qrup Teleqram hesabında bildirib ki, hücum Fransanın Ukraynadakı “neofaşist rejimə” dəstəyinə görə edilib.Parlamentin yuxarı palatası – Senatın da saytı hücuma məruz qalsa da, giriş mümkündür. Facebook-da paylaş