Çin bu sahədə də ABŞ-ı ötdü?..- "Bloomberg"
28-03-2023, 12:40

Çin borclu ölkələrə kredit vermək hüququ uğrunda mübarizədə ABŞ-la rəqib olub.
Moderator.az xəbər verir ki, "Bloomberg" bu barədə Dünya Bankının, Harvard Universitetinin Uilyam və Meri Kollecindəki və "AidData" tədqiqat layihəsinin və Alman Kiel Dünya İqtisadiyyatı İnstitutu iqtisadçılarının araşdırmasının nəticələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Çin inkişaf etməkdə olan ölkələr üçün dünyanın ən böyük kreditoru olub və bu, həmin ölkələri uzunmüddətli maliyyə çətinlikləri ilə təhdid edə bilər.
İnkişaf etməkdə olan ölkələrə kreditlərin verilməsi üçün maliyyə mənbəyi kimi Çin hakimiyyəti yerli Mərkəzi Bankın əhəmiyyətli ehtiyatlarından istifadə edir. Məqalədə deyilir ki, valyuta tənzimləyicisinin bu məqsədlər üçün pul ehtiyatları 3,3 trilyon dollar həcmində qiymətləndirilir.
“Dünya 1940-cı illərdən bəri fəaliyyət göstərən ABŞ-ın rəhbərlik etdiyi strukturlarla rəqabət aparan, borc çətinliyində olan ölkələrə yeni qlobal transsərhəd kreditləşdirmə sisteminə başlayıb. Son iki onillikdə Çin Xalq Bankı 40 ölkə və ticarət blokları ilə təxminən 580 milyard dollar dəyərində svop(mübadilə əməliyyatı) sazişi bağlayıb.
2016-cı ildən 2021-ci ilə qədər Çinin ən azı iki borclu ölkəsi Pekinə ödəniş etməkdə müəyyən çətinliklərlə üzləşib. Eyni zamanda, maliyyə problemləri koronavirus pandemiyasının nəticələri ilə daha da kəskinləşib. Müqayisə üçün qeyd edək ki, eyni dövrdə Beynəlxalq Valyuta Fondu (BVF) inkişaf etməkdə olan ölkələrə yardım üçün cəmi 144 milyard dollar ayırıb" - məqalədə qeyd olunur.
Martın 22-də ABŞ Senatında Dünya Bankının Çinə kredit verməsini qadağan edən qanun layihəsi təqdim edilib. Bu təşəbbüs onunla izah olunur ki, ABŞ hakimiyyət orqanları öz pul və resurslarının ÇXR-ə deyil, onlara daha çox ehtiyacı olan ölkələrə getməsinə əmin olmaq öhdəliyi daşıyır.
Sultan Laçın