Avropa İttifaqı yeni sistemə keçir: Şəxsiyyət və sürücülük vəsiqələrindən imtina ediləcək

29-03-2023, 12:34           
Avropa İttifaqı yeni sistemə keçir:
Avropa İttifaqı bütün kağız və plastik sənədlərdən, xüsusən sürücülük və şəxsiyyət vəsiqələrindən imtina etməyə imkan verəcək rəqəmsal pulqabı hazırlayır.

Bildirilir ki, əvvəlki rəqəmsal pulqabı tətbiqi üzərində iş artıq başa çatıb və sınaqdan keçirilməsinə başlanıb.

Məlumata görə, rəqəmsal pulqabı sahibinin istəyi ilə məlumatları gizlətmək funksiyasına malik olacaq, yəni kimə hansı məlumatı göstərməyi şəxs özü seçəcək.

“Məsələn, yol polisi sizi saxlasa, sizin şəxsi kodunuz və adınızla tanış olmaq hüququ var, barda isə qapıçının sizin harada yaşadığınızı, şəxsi kodunuzu, doğum tarixinizi və ya adınızın nə olduğunu bilməsinə ehtiyac yoxdur. Sadəcə, 18 yaşdan yuxarı olmağınızı görməlidir”, - deyə Estoniya Dövlət İnformasiya Sistemi Departamentinin (RIA) eksperti Mark Erlix izah edib.


Erlixin sözlərinə görə, 2025-ci ilin sonuna qədər Aİ ölkələrinin rəqəmsal pulqabıdan istifadə etməyə başlaması üçün hazırda heç bir maneə yoxdur.

Mənbə: Rubrika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru