ABŞ-ın müdafiə naziri: “Gələcəkdə “F-16”nın Ukraynaya təhvil verilməsi mümkündür”

29-03-2023, 10:38           
ABŞ-ın müdafiə naziri: “Gələcəkdə “F-16”nın Ukraynaya təhvil verilməsi mümkündür”
“Gələcəkdə Ukrayna mütləq “F-16” qırıcıları və ya digər IV nəsil təyyarələri almalıdır, lakin indi tərəfdaşlar hava hücumundan müdafiə sistemlərinin, raketlərin və zirehli texnikanın ötürülməsinə diqqət yetirməlidirlər”.

“Report” xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib.

“F16-ya gəlincə: əgər belə bir qərar verilərsə, o zaman onların təhvili təxminən 18 ay çəkəcək. Lakin bu, Ukrayna Silahlı Qüvvələrinə hərbi əməliyyatların hazırkı mərhələsində kömək etməyəcək. Ukraynalılar gələcəkdə nə vaxtsa belə qabiliyyətlərə sahib ola bilərlərmi? Hamımız düşünürük - bəli”- deyə, o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru