ABŞ Senatı Vaşinqtonun İraqda silahdan istifadə etmək səlahiyyətinin ləğvinə səs verib

30-03-2023, 12:04           
ABŞ Senatı Vaşinqtonun İraqda silahdan istifadə etmək səlahiyyətinin ləğvinə səs verib
ABŞ Senatı Ağ evin İraqda hərbi güc tətbiq etmək hüququnu ləğv edən qanun layihəsini təsdiqləyib.
Düzəlişlər Ağ evin 1991 və 2002-ci illərdə ABŞ-nin İraqdakı hərbi kampaniyasından əvvəl təsdiq edilmiş səlahiyyətlərini ləğv edəcək.

Sənəd 66 senatorun səsi ilə təsdiqlənib. Qərar Konqres tərəfindən də dəstəklənməlidir.

Düzəlişlərin tərəfdarları iddia edirlər ki, qanun layihəsi Yaxın Şərqdə gələcəkdə hərbi gücdən sui-istifadə hallarının qarşısını almaq və İraqın strateji tərəfdaş statusunu möhkəmləndirmək üçün çox vacibdir.
Politico












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru