Almaniya Ukraynaya 12 milyard avro ayırmağı planlaşdırır

30-03-2023, 09:16           
Almaniya Ukraynaya 12 milyard avro ayırmağı planlaşdırır
Almaniya hökuməti Ukraynaya artıq ayrılmış 2,2 milyard avroya əlavə olaraq 12 milyard avro məbləğində hərbi yardım ayırmağı planlaşdırır.

Bu barədə “Bloomberg” öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriusun çərşənbə günü Bundestaqın büdcə komitəsinin müvafiq planları təsdiq edəcəyi gözlənilir.

Belə bir addım təsdiq olunarsa, Berlinin Kiyevə hərbi yardım üçün ayırdığı vəsaitin ümumi məbləği 14,2 milyard avroya qədər artacaq.

Bundan əlavə, Bundestaqın büdcə komitəsi “Krauss-Maffei Wegmann GmbH & Co KG” şirkətindən 185 milyon avro dəyərində 10 özüyeriyən sürətli atıcı haubitsaların alınmasına icazə verəcək; bu silahlar AFR tərəfindən Ukraynaya verilən haubitsaları əvəz etmək üçündür.

Mənbə: The Moscow Times












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru