Fransa Ukraynadan qaçan milyarderi təhvil vermədi - Müharibəni bəhanə gətirdi

31-03-2023, 08:43           
Fransa Ukraynadan qaçan milyarderi təhvil vermədi -
Tanınmış iş adamı, Ukrayna parlamentinin sabiq deputatı, milyarder Konstantin Jevaqo xeyli vaxtdır gizləndiyi Fransada qalası olub.

“AzPolitika.info” Qərb mətbuatına istinadla xəbər verir ki, Kiyevin tələblərinə baxmayaraq, Paris külli miqdarda korrupsiya cinayətlərində ittiham olunan milyarderi təhvil verməkdən imtina edib.

Rəsmi olaraq Fransa məhkəməsi Ukraynada davam edən müharibəni, qeyri-müəyyənliyi və Ukrayna məhkəməsinin iş adamının əsas azadlıqlarını təmin etmək imkanlarının məhdudluğunu əsas kimi göstərib. Fransa tərəfinin bu qərarı Ukraynada narazılıqla qarşılanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru