Polşa Ukrayna taxılına görə Aİ-dən təzminat alacaq

31-03-2023, 09:14           
Polşa Ukrayna taxılına görə Aİ-dən təzminat alacaq
Polşanın Baş naziri Mateuş Moravetski Polşanın Ukraynadan idxal edilən taxılla əlaqəli itkilərə görə Avropa İttifaqından təzminat alacağını açıqlayıb.

Mateusz Moravetski feysbuk hesabında etdiyi paylaşımda ölkənin kənd təsərrüfatı sektorunda yaşanan problemlərə toxunub.

Polşadakı fermerlərin Ukraynadan taxıl idxalı səbəbiylə maliyyə problemi yaşadığını deyən Moravetski, “Polşa Ukraynadan idxal edilən taxılın verdiyi itkilərə görə Avropa İttifaqından (Aİ) təzminat alacaq”, - bildirib.

Polşa mətbuatında Aİ Komissiyasının Ukrayna taxılından əziyyət çəkən fermerlər üçün İttifaqda 56 milyon avro dəyərində dəstək paketi təklif edəcəyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru