Sandu: “Rusiya Moldovada da nüvə silahı yerləşdirmək istəyir”
31-03-2023, 10:07
“Rusiya Belarusda olduğu kimi, Moldovada da nüvə silahı yerləşdirmək istəyir”.
Bunu Moldova prezidenti Maya Sandu deyib.
O bildirib ki, Rusiyanın Moldovada hakimiyyəti dəyişmək niyyəti ilə bağlı konkret sübutlar var: “Kreml Moldovada hakimiyyəti dəyişməyə, ölkədə Rusiyayönümlü rejim qurmağa çalışır. Lakin bu gün Moldovada müstəqil hakimiyyət var. Ona görə də ölkədə Rusiyayönümlü hakimiyyətin qurulmasına icazə verilməyəcək”.