London tarixdə ilk dəfə maliyyə mərkəzi kimi birinciliyi əldən verdi

31-03-2023, 12:34           
London tarixdə ilk dəfə maliyyə mərkəzi kimi birinciliyi əldən verdi
Böyük Britaniyanın paytaxtı London tarixdə ilk dəfə olaraq dünyanın əsas maliyyə mərkəzi kimi birinci yeri əldən verib.

Hazırda liderliyi Nyu-Yorkla bölüşür.

Bu barədə London administrasiyasının hesabatında qeyd edilir.

London və Nyu-York rəqabətqabiliyyətlilik sahəsində hər biri 60 bal toplayıb. Eyni zamanda, Londonun indeksi ötən illə müqayisədə bir, Nyu-Yorkun göstəricisi isə iki bənd artıb ki, bu da ona Britaniya paytaxtı ilə bərabər birinci yeri tutmağa imkan verib.

London innovasiyalar sahəsində yaxşı göstəricilərə malik olmaqda davam edir. Həmçinin, Britaniyanın paytaxtı maliyyə fəaliyyətinin miqyası, biznes infrastrukturu, bacarıqlı maliyyəçilərin cəlb edilməsi və tənzimləmə baxımından yüksək səviyyəyə malikdir. Nyu-York sərmayə qoyuluşu, sövdələşmələrin aparılması və davamlı maliyyələşdirmə üçün tələb olunan emissiya həcmi üzrə yüksək nəticə əldə edib.

Britaniyada ixrac profisiti rekord həddə - 64 milyard funt-sterlinqə (78,8 milyard dollar) çatmasına baxmayaraq, bir çox şirkət Londonda deyil, Nyu-Yorkda ilkin ictimai təklifə (IPO) doğru istiqamətini dəyişdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru