Keçmiş Braziliya prezidenti müxalifətlə bağlı planından imtina etdi

31-03-2023, 10:28           
Keçmiş Braziliya prezidenti müxalifətlə bağlı planından imtina etdi
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru vətənə qayıtdıqdan sonra ölkə müxalifətinə rəhbərlik etmək istəmədiyini açıqlayıb.

O, bu barədə “CNN Brasil” telekanalına müsahibəsində bildirib.

“Mən hər hansı müxalifətə rəhbərlik etməyəcəyəm. Mən deputatlar palatasında 28 illik təcrübəyə malik bir insan kimi partiyamla çalışacağam. İstəyənlərlə əməkdaşlıq etmək, zəruri olan şeyləri dəstəkləmək və dəyişdirilməsi lazım olanı dəyişdirmək üçün çalışacağam”, - deyə siyasətçi planlarını bölüşüb.
Bolsonaru həmçinin xatırladıb ki, bundan əlavə o, dörd il prezident, iki il müşavir vəzifəsində çalışıb və daha on beş il orduda xidmət edib.

Qeyd edək ki, fevralın əvvəlində Bolsonaru ABŞ-dan gəldikdən sonra müxalifətə rəhbərlik etmək planlarını açıqlamışdı. O həmçinin bildirmişdi ki, Braziliyaya qayıtmasının hüquqi risklərindən xəbərdardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru