Yaponiya Rusiyaya polad, alüminium, aviasiya məhsulları və s. ixracına qadağa qoydu...
31-03-2023, 10:31

Yaponiya Ticarət Nazirliyi Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən sanksiyalar çərçivəsində Rusiyaya polad, alüminium və aviasiya məhsullarının, o cümlədən pilotsuz uçaqların ixracına qadağa qoyulduğunu açıqlayıb.
Moderator.az-ın İsrail mediasına istinadla yaydıı xəbər də deyilir ki, aprelin 7-dən qüvvəyə minəcək qadağaya, həmçinin, geniş çeşiddə dəzgahlar, tikinti avadanlıqları, gəmi mühərrikləri, test-sınaq avadanlıqları və optik sistemlər daxildir.
Eyni zamanda Yaponiya çip istehsalı üçün 23 növ avadanlığın ixracına məhdudiyyətlər qoymaq niyyətində olduğunu açıqlayıb. Ticarət Nazirliyindən verilən açıqlamada Çindən bəhs edilməyib. Lakin bu, məhz bu ölkəyə qarşı yönəlmiş bir addım kimi görünür. Çünki onu ixrac etmək istəyən sözügedən avadanlıq istehsalçıları hər bir ixrac əməliyyatı üçün rəsmli orqanlardan icazə almalı olacaqlar...
Xatırladaq ki, bundan öncə Yaponiya hökuməti ticarət sahəsində Rusiyaya qarşı digər sanksiyalar da tətbiq edib. Məsələn, 2022-ci il aprelin 5-dən Rusiyaya lüks malların, o cümlədən premium markalı avtomobillərin, qiymətli daşların və zinət əşyalarının ixracına qadağa qoyulub. Sentyabrın sonundan təsdiqlənmiş müdafiə sənayesi ilə əlaqəli 21 təşkilata şamil edilən yeni sanksiyalar paketinə əsasən isə Yaponiya hakimiyyəti oktyabrın 3-dən əsasən kimyəvi silahlarla bağlı malların Rusiyaya ixracına qadağa qoyub...
Sultan Laçın