İsraildə kütləvi etirazlar yenidən başlanıb

2-04-2023, 09:08           
İsraildə kütləvi etirazlar yenidən başlanıb
İsrail müxalifəti Baş nazir Binyamin Netanyahunun layihənin təsdiqini ən azı yaya qədər dayandırmaq qərarına baxmayaraq, axşam saatlarında məhkəmə islahatına qarşı yenidən kütləvi etiraz aksiyaları təşkil edib.

“Report” xəbər verir ki, ən böyük nümayiş ötən həftələrdə olduğu kimi Təl-Əvivdə keçirilib.

Nümayişçilər öncə şəhərin mərkəzi bulvarları boyu məşəl və pirotexniki vasitələrlə böyük yürüş keçirib, burada hökumət əleyhinə şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıb və məhkəmə islahatları layihəsindən tamamilə imtina etməyi tələb ediblər. Minlərlə etirazçı “İsrail diktatura deyil”, “Demokratiya ya üsyan” şüarları səsləndiriblər. Yürüş şəhərin şərqində hökumət binaları kompleksinin yaxınlığında başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru