Keçmiş iqtisadiyyat naziri prezident seçildi

3-04-2023, 10:08           
Keçmiş iqtisadiyyat naziri prezident seçildi
Monteneqronda keçirilən prezident seçkilərinin ikinci turunda keçmiş iqtisadiyyat naziri Yakov Milatoviç qələbə qazanıb.

Bu barədə paytaxt Podqoritsada yerləşən Monitorinq və Tədqiqat Mərkəzinin (CEMI) sorğusunda qeyd olunub.

Bildirilib ki, hazırda hakimiyyətdə olan prezident Milo Cukanoviçə qalib gələn Milatoviç səslərin 60,1 faizini qazanıb. Cukanoviç ilk turda 35,3 faiz, Milatoviçisə 28,9 faiz səs toplayıb.

Monteneqroda prezident hər 5 ildən bir seçilir. Hazırkı prezident Cukanoviç sonuncu dəfə 2018-ci ildə seçilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru