Polşa bir neçə "MiQ-29" qırıcısını Ukraynaya verib
3-04-2023, 11:26
"Polşa hakimiyyəti bir neçə MiQ-29 qırıcısını Ukraynaya təhvil verib". Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi RMF radiostansiyasının efirində Polşa prezidentinin beynəlxalq məsələlər üzrə məsul nümayəndəsi Marçin Pşidaç bildirib.
“Mənim bildiyimə görə, bir neçə "MİQ-29" artıq Ukraynaya göndərilib. Məndə olan məlumata görə, birinci hissənin transferindən danışsaq, bu proses artıq başa çatıb", - Pshidach əlavə etdi.
Onun sözlərinə görə, Polşa yaxın bir neçə ildə bu texnikanı daha müasir maşınlarla əvəz etməyi planlaşdırırdı.
Polşanın 28 "MiQ-29" qırıcısı var. Onlar Malbork şəhərindəki aviabazada yerləşdirilib.
Martın 16-da Polşa prezidenti Anjey Duda Kiyevin yaxın günlərdə Varşavadan ilk dörd "MiQ-29" qırıcısını alacağını bəyan edib. O: "Hazırda qalan təyyarələrə texniki xidmət göstərilir, onlar hazırlanaraq ən qısa zamanda Kiyevə təhvil veriləcək", - deyə bildirmişdi.