Mask ötən il verdiyi sözü yerinə yetirdi - FOTO

4-04-2023, 10:14           
Mask ötən il verdiyi sözü yerinə yetirdi - FOTO
“New York Times” (NYT) “Twitter” sosial şəbəkəsində “verifikasiya” işarəsini itirib. Səbəb nəşrin rəsmi hesabına görə ödəniş etməkdən imtinasıdır.

Hazırda 55 milyon abunəçisi olan NYT-nin səhifəsində “mavi işarə” yoxdur, bu da onu qeyri-rəsmi hesab kimi göstərir.

Qeyd edək ki, bir gün əvvəl NYT “Twitter” hesablarında “verifikasiya” nişanı üçün ödəniş etməyəcəyini, həmçinin işçilərinə “Twitter Blue” abunəlikləri üçün pul ödəməyəcəyini bəyan edib.
Bundan sonra İlon Mask NYT materiallarını maraqsız təbliğat adlandırıb.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Mask əvvəllər verilmiş “mavi işarələri” olan bütün hesabların nişanı itirəcəkləri barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, “verifikasiya” nişanları mənasız şəkildə verilib.
Mənbə: Zakon.kz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru