Səudiyyə Ərəbistanı 14 ildən sonra ilk dəfə Ramazanda edam reallaşdırdı

4-04-2023, 12:50           
Səudiyyə Ərəbistanı 14 ildən sonra ilk dəfə Ramazanda edam reallaşdırdı
Səudiyyə Ərəbistanında müsəlmanların müqəddəs ayı olan Ramazanda bir nəfər edam edilib. Ramazanda edam prosesi isə axırıncı dəfə 2009-cu ildə reallaşdırılıb. AzVision.az xəbər verir ki, bu barədə Avropa Səudiyyə Ərəbistanı İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilir ki, edam martın 28-də - Mədinədə orucluq başlayandan beş gün sonra həyata keçirilib. "The Guardian" Səudiyyə Press Agentliyinə istinadən yazır ki, ölüm cəzasına məhkum edilən şəxs isə Səudiyyə Ərəbistanı vətəndaşı olub və o qətldə təqsirli bilinib. Qatil bir nəfəri bıçaqladıqdan sonra onu yandırıb.

Berlində yerləşən Avropa Səudiyyə Ərəbistanı İnsan Haqları Təşkilatı Daxili İşlər Nazirliyinin ölüm cəzası ilə bağlı statistikasına istinad edərək yazır ki, krallıqda 2009-cu ildən bəri "mübarək ayda bu istiqamətdə heç bir hökm icra olunmamışdı".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru