Polşa Rusiya ilə neft tədarükünə dair sonuncu müqaviləni ləğv edib

5-04-2023, 09:14           
Polşa Rusiya ilə neft tədarükünə dair sonuncu müqaviləni ləğv edib
Polşanın ən böyük neft emalı zavodu Orlen Rusiya Federasiyası ilə neft tədarükünə dair son müqavilədən imtina edib.

APA-nın məlumatına görə, bunu şirkətin rəhbəri Daniel Obaitek Polsat telekanalının efirində deyib.

“ABŞ prezidenti Co Baydenin səfərindən sonra neft axını dayananda biz razılaşmadan imtina etmək üçün əsas əldə etdik. Bu, bir neçə gün əvvəl baş verib”, - deyə o bildirib.

“Müqavilənin şərtlərində belə bir bənd var idi ki, neft müəyyən müddət ərzində tədarük olunmazsa, o zaman müqaviləni ləğv etmək hüququmuz var”, - deyən Obaitek, bu səbəbdən şirkətin heç bir əlavə itkiyə məruz qalmayacağını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru