NATO-ya üzvlük əvəzinə 500 milyonluq yardım: Alyans üzvləri yardım paketini böyüdürlər

5-04-2023, 08:38           
NATO-ya üzvlük əvəzinə 500 milyonluq yardım:
NATO-nun xarici işlər nazirləri Ukraynaya ildə təqribən 250 milyon avro olan hərtərəfli yardım paketinin maliyyələşdirilməsini ikiqat artırmağı nəzərdən keçirəcəklər.

Bu barədə “Financial Times” öz mənbələrinə istinadla xəbər verib.

Almaniya bu əhatəli paket çərçivəsində əlavə 40 milyon avro, Niderland isə 100 milyon avro ayırıb. Böyük Britaniya da daxil olmaqla digər iştirakçı ölkələrin Brüsselə maliyyə dəstəyini artıracaqları gözlənilir.

Nəşrin mənbələrinə görə, maliyyə öhdəliklərinin 500 milyon avroya qədər artırılması Ukraynanın alyansa daxil olması ilə bağlı qərarın olmaması müqabilində baş tutacaq. Kiyev üzvlük üçün 2022-ci ilin sentyabrında müraciət edib, lakin NATO buna cavab olaraq heç bir rəsmi addım atmayıb.

“Biz onlara yaxın gələcəkdə üzvlük təklif edə bilməyəcəyik. Amma NATO ilə Ukrayna arasında daha sıx əlaqələrdən danışa bilərik”, - deyə diplomatik mənbədən qəzetə bildirilib. (Mənbə: TASS)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru