Avstraliyada hökumət işçilərinin “TikTok”dan istifadəsi qadağan ediləcək

5-04-2023, 12:14           
Avstraliyada hökumət işçilərinin “TikTok”dan istifadəsi qadağan ediləcək
Avstraliya hökuməti dövlət işçilərinə “TikTok” sosial şəbəkəsindən istifadəni qadağan edəcək.

Bu barədə ölkənin baş prokuroru Mark Dreyfus məlumat verib.

“Kəşfiyyat və təhlükəsizlik agentliklərinin tövsiyələrinə əsasən, mən hökumət qurumlarının təhlükəsizlik siyasətini qorumaq üçün “TikTok” tətbiqindən istifadəni qadağan etmək üçün məcburi icra sərəncamının hazırlanmasına göstəriş vermişəm”, - deyə Avstraliyanın baş prokuroru vurğulayıb.
Lakin prokuror qadağanın hansı tarixdən etibarən qüvvəyə minəcəyini söyləməyib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru