Yaponiya NATO-da daimi nümayəndəlik açır

5-04-2023, 09:48           
Yaponiya NATO-da daimi nümayəndəlik açır
NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın tərəfdaşlarından biri olan Yaponiyanın NATO-da diplomatik nümayəndəlik açmaq qərarına gəldiyini bildirib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, Stoltenberq və Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi NATO Xarici İşlər Nazirləri Toplantısının ilk gün iclaslarından sonra birgə mətbuata bəyanatla çıxış ediblər .

Yaponiyanın Rusiya-Ukrayna müharibəsini pislədiyini və NATO-nun Ukraynaya yardım paketinə verdiyi maliyyə dəstəyini alqışladığını ifadə edən Stoltenberq deyib: “İndi Hind-Sakit okean, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Avstraliyadakı tərəfdaşlarımızla əməkdaşlığımızı sürətləndiririk”.

Stoltenberq Yaponiyanın NATO-da xüsusi diplomatik nümayəndəlik açmaq qərarını da yüksək qiymətləndirib.

Yaponiya naziri Hayaşi vurğulayıb ki, status-kvonun güc yolu ilə dəyişdirilməsi ilə yanaşı, hətta nüvə silahından istifadə və bununla bağlı müzakirələr də qəbuledilməzdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru