“Rusiya və ABŞ müharibənin qaynar mərhələsindədir” - Lavrov

6-04-2023, 10:14           
“Rusiya və ABŞ müharibənin qaynar mərhələsindədir” - Lavrov
“Vaşinqton Kiyevi silahla təmin etdiyi üçün Rusiya və ABŞ müharibənin qaynar mərhələsindədir”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalına şərhində deyib.

“Biz həqiqətən də müharibənin qaynar mərhələsindəyik, çünki ukraynalılar ilk növbədə Amerika silahları ilə vuruşurlar”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər qorunub saxlanılmalıdır. “Münasibətləri, məncə, saxlamaq lazımdır, heç olmasa ümidimizi itirmirik ki, amerikalılar ayılacaqlar və bununla belə, bir növ dialoq bərpa olunacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru