Polşa Ukraynaya növbəti dəfə qırıcılar tədarük edir

6-04-2023, 12:54           
Polşa Ukraynaya növbəti dəfə qırıcılar tədarük edir
“Varşava ehtiyatda olan dörd MiQ-29-u artıq Ukrayna Hərbi Hava Qüvvələrinə təhvil verib. Əlavə dörd MiQ isə hazırda tədarük mərhələsindədir”.

Bu barədə Polşa prezidenti Anjey Duda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən sonra deyib.

Onun sözlərinə görə, Polşa hazırda hərbi yardımın həcminə görə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yerdədir.
Polşa bundan əvvəl də Ukrayna Silahlı Qüvvələrinə bir neçə MiQ-29 qırıcısını təhvil verib. Həmçinin Slovakiya hakimiyyəti döyüş təyyarələrini Kiyevə köçürmək niyyətini açıqlayıb.

Mənbə: Rg.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru