Pentaqon rəhbəri bu ay İsveçdə ölkənin NATO-ya üzv olmaq planlarını müzakirə edəcək

6-04-2023, 11:38           
Pentaqon rəhbəri bu ay İsveçdə ölkənin NATO-ya üzv olmaq planlarını müzakirə edəcək
Pentaqon rəhbəri Lloyd Ostin NATO-ya üzvlüyü müzakirə etmək üçün İsveçə yollanacaq.

Bu barədə ABŞ müdafiə nazirinin yazılı bəyanatında deyilir.

Onun sözlərinə görə, səfər aprel ayına planlaşdırılıb.

“Bu ayın sonunda mən bir sıra regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün İsveçə səfər etmək niyyətindəyəm”, - deyə Pentaqon rəhbəri bildirib.
Ostin həmçinin Finlandiyanı Şimali Atlantika Alyansına qoşulması münasibətilə təbrik edib və NATO-nun alyansa üzv olan ölkələrin hər qarış ərazisini qorumaq üçün gördüyü işin vacibliyini vurğulayıb.

Pentaqon rəhbərinin sözlərinə görə, Rusiya Federasiyasının Ukraynadakı xüsusi hərbi əməliyyatı NATO-nun genişlənməsinin nəticəsi deyil, NATO-nun genişlənməsinin səbəbidir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru